Mətnə əsasən cədvəli tamamlayın.
Xəstəxanadan evə buraxılarkən oğlan gülü kimə təqdim edir?
1. Qönçə xanıma
3. Tibb bacısına
2. Növbətçi həkimə
Bunlardan biri vəd sözünün izahıdır:
Cümləni öz düşüncələriniz əsasında tamamlayın.
Mən düşünürəm ki, həkim...
Zemfiranın bu sualını necə cavablandırardınız?
Fikrini toplaya bilmirdi: Niyə bu günə düşüb? Bu nə əhvalatdır?
...Birdən hər şeyi xatırladı. Bu, səhər tezdənin əhvalatı idi - dan ulduzu görünən vaxtın. Yanıb-sönən ulduz sanki nəyə isə işarə edir, hərbi hissəni baş verəcək hansısa hadisədən xəbərdar edirdi. Sərin yel əsirdi. Zemfira tələsir, yaralıların taleyi haqqında düşünürdü: “Görəsən, xəstəxanaya yetişə biləcəklərmi?” Zemfira bir əsgərlə yaralıları daşıyır, maşınlarla yola salırdılar1.
O, qarnından yaralanmış kapitanı qolundan tutub güclə aparırdı8. Yaralının vəziyyəti çox ağır idi, hər bir addımı onun sancısım artırırdı. Ancaq Zemfira yorğun və gücsüz olsa da, onu atıb getməyi ağlına belə gətirmirdi3. O özünü ələ alıb zorla ayağa qalxdı, yaralını sürüməyə başladı.
Birdən hava həyəcanı siqnalı eşidildi. Qulaq?batırıcı gurultu qopdu. Bəs sonra nə oldu? Niyə o, tək qaldı? Hə... Hə... Xatırladı. Kiçik dərədə yerləşən tibb məntəqəsində gözündən yaralanmış yaşlı bir əsgər qalmışdı. Zemfira onun köməyinə atıldı. Lakin irəliləməyə imkan tapmadı. Yenidən gurultu qopdu. O, döşündə ağrı hiss etdi, yerə yıxıldı, hər şey qaranlığa qərq oldu...
Süleyman Vəliyev