Mətni oxuyarkən mötərizədəki sözlərdən uyğun olanını seçin.
Üzeyir dərin (fikrə, yoxsa düşüncəyə) getmişdi. Əlinin səsi onu düşüncələrdən ayırdı:
- Üzeyir, nə fikrə getmisən? Tez ol, gəl.
Əyninə qəhvəyi rəngli tələbə p(ə,e)ncəyi geymiş, belinə ensiz k(ə,e)ər bağlamış, başmda sadə papaq olan qarabuğdayı oğlan dedi:
- Bilirsiniz, nə düşünürəm? Bilmək istəyirəm ki, nə üçün indiyə qədər Şərqdə opera olmayıb?
Əli gülümsündü:
- Darıxma, çox çəkməz ki, Şərqin operası da, opera yazan b(ə,e)stəkarı da yaranar.
Üzeyirin (yaddaşında, yoxsa xəyalında) bir vaxtlar Şuşada gördüyü bir səhnə canlandı. Hisslərini yoldaşları ilə bölüşdü:
- Nədənsə hər dəfə opera deyəndə uşaq vaxtı Şuşada gördüyüm “M(ə,e)cnun Leylinin qəbri üstündə” səhnəsi gəlib durur gözlərimin önündə. Həmin səhnə bütöv bir operadır. Əgər tamaşaya hazırlansa, rus və Avropa operaları ilə bir cərgədə durar.
Bu dəfə Zülfüqar söhbetə qarışdı:
- Görürəm, ür(ə,e)yindən opera yazmaq keçir, Üzeyir. Bu, ağır işdir. Sən başqalarına baxma. Onlarda operanın yazılması üçün zəmin olub. Kiməsə arxalanıblar, kiməsə güvəniblər. Sən kimə güvənəcəksən?
Üzeyir öz fikrini bildirdi:
- Mən öz hisslərimi, düşüncələrimi sizinlə bölüşmək istəyirdim, Zülfüqar. Əgər lazım gələrsə, arxa da tapmaq olar, dayaq da*.
- Kimdir o arxa?l Kimdir o dayaq?!
- Xalqdır o arxa. Birlikdə xalqın öz yaratdıqlarını özünə qaytarsaq, ondan opera da hasil olar, başqa şeylər də*.
İnam və qətiyyətlə deyilən bu sözlərdə xalqım ürəkdən sevən, onun gələcəyinə böyük ümid bəsləyən həssas qəlbli bir insanın (ürək, yoxsa könül) döyüntüləri duyulurdu*. Onun b(e,ə)ynində yeni-yeni fikirlər yaranırdı: “Nəsə, fövqəladə bir iş görməliyəm, nəsə?l”*
Möhbəddin Səməd
BAXDIĞINIZ SÜJET ƏSASINDA
SUALLARI CAVABLANDIRIN