Şah qəzəbləndi. Bunu onun çatılmış qaşlarından da, zəhmli səsindən də hiss etmək olurdu:
- Nə damşırsan, vəzir? Bu nə sözdür deyirsən? Nə dediyinin fərqindəsən? İnsan Vətəni canı, qam bahasına olsa da, qorumalıdır. Bir qarış torpaq nə deməkdir? Sən nə deyirsən? Nəinki bir qarış, heç bir misqal da Vətən torpağından pay ola bilməz! Sənin əlini və ya ayağım kəssək, bir gözünü kor etsək, necə olar? Onlar sənin varhğımn bir parçası olduğu kimi, hər qarış torpaq da, Vətənimizin cam, qam, parçasıdır! Mən Vətənimin bir qarışı üçün də gözlərimdən də, ayaqlarımdan da, bütün varlığımdan belə keçməyə hazıram!
Vəzirlərdən biri qorxa-qorxa dilləndi:
- Şah sağ olsun!
- Söhbət bitdi! Bu məsələ ilə bağlı etiraz eşitmək istəmirəm! Döyüş olacaq!
Mətnin adına münasibət bildirin. Ad məzmunu əhatə edirmi?
Cavanşir nə üçün döyüşün olmasını tələb edir? Sizcə, o, tələbində haqlı idimi? Fikrinizi necə əsaslandırarsınız?
Sxem əsasında danışın.
Mətndəki səbəb və nəticə əlaqələrini müəyyən edin.
Mətnə əsasən demək olmaz:
A) Vətənə məhəbbət bütün dövrlərdə olmuşdur.
B) Vəzirlərdən biri satqın və qorxaqdır.
C) Vətənin bir qarış torpağı da əzizdir.
D) Cavanşir mərd və mübarizdir.
E) Vəzirlər itkilər olmasın deyə müharibə istəmirlər.
Mətndə hansı abzas daha çox xoşunuza gəldi? Niyə?