Şeirin son misrasında (səh. 17) ahəng qanununa tabe olan sözləri seçin. Hansı söz kənarda qaldı? Nə üçün belə hesab edirsiniz?
Ahəng qanununa tabe olmayan sözlər
Dilimizdə elə sözlər var ki, onlarda həm qalın, həm incə saitlər işlənir. Belə sözlərə ahəng qanununa tabe olmayan sözlər deyilir.
Məsələn:
qəhrəman, övlad, sinonim, izah, qalibiyyət, işıq, insan, həyat, vüsal, ədəbiyyat, telefon, inkişaf, işarə və s.
Buraxılmış hərfləri əlavə etməklə sözləri köçürün.
ç...kic, (d..vlət, p..ncərə, k...nsert, k...
llektiv, q...hrəman,p...ema, g...rçək
“Ananın öyüdü” şeirinin 8-9 misrasında işlənən sözləri qruplaşdırmaqda dostlarınıza kömək edin.
Şeiri nəsrə çevirib yazın.
Təxəyyülünüz əsasında şeirin ardını sonra baş verə biləcək hadisələrlə tamamlayın. Aşağıdakı cümlələrdən istifadə edin. Anaya və oğula ad da qoya bilərsiniz.
...Ağır döyüşlər gedirdi. Əsgərlərimiz qələbə dalınca qələbə çalırdı.
Aşağıdakı mövzulardan birini seçməklə inşa və
ya
esse hazırlayın.
Seçdiyiniz mövzuda inşa yazmaq üçün TƏLİMAT
1. Şeiri bir daha diqqətlə oxuyun.
2. Ana (oğul, əsgər) obrazına, onların
sözlərinə, təsvirinə xüsusi diqqət yetirin.
3. Şeirə əsasən onların xüsusiyyətlərini qeyd edin
4.
Təsvir olunan hadisəyə münasibət bildirin.