təhlükəsizlik - heç bir təhlükə olmadığı hal, vəziyyət, şərait
təhlükəli təcrübə -təhlükəsi olan sınaq
təqsirkar - səbəbkar
təngimək - sıxılmaq, nəfəsi çətinləşmək, ürəyi sıxılmaq
təsis etmək - əsasını, təməlini qoymaq, yaratmaq
təşviq - bir işi görmək üçün dilə tutmaq, həvəsləndirmək
tətbiq etmək - həyata keçirmək, icra etmək
təyin etmək - müəyyən etmək, aydınlaşdırmaq
təzahür - üzə çıxma, özünü göstərmə
yalan - aldatmaq məqsədilə deyilən əsilsiz söz
yanğından mühafizə - yanğının təsirindən qoruma
yaşamaq hüququ - davam etmək, var olmaq mövcud olmaq haqqı
yüyürmək - qaçmaq, qoşaraq getmək, qaça-qaça getmək
zənbil -içinə şey qoymaq üçün çubuqdan, qarğıdan və s.-dən hörülmüş qab
zənn etmək - güman etmək, ehtimal etmək, düşünmək
zirvə - dağın ən yüksək nöqtəsi, təpəsi
IV bölmə
ağac - budaqları və bərk gövdəsi olan çoxillik bitki
arx -tarlaya, bostana və s.-yə su axıtmaq üçün açılan yol
arxayın salmaq - xatircəm etmək, əmin etmək, qəlbən rahat etmək
bəxş etmək - bağışlamaq, vermək
bic - çoxbilmiş, tədbirli, zirək, hiyləgər
budaq - ağac və kolların gövdələrindən ayrılan hər bir qol, şaxə
bulaq - yerin altından sızıb çıxan sərin, soyuq su mənbəyi
cənnət - son dərəcə gözəl, mənzərəli, ürəkaçan yer
cilovda saxlamaq - əldə saxlamaq, əl-qol açmağa qoymamaq, itaətdə saxlamaq
danlamaq -töhmət etmək, məzəmmət etmək
dərdə dəva - birini düşmüş olduğu ağır vəziyyətdən, iztirabdan, dərddən qurtarmaq üçün
çarə tapmaq
dərinlik - bir şeyin üzərindən ta dibinə, yaxud aşağıya doğru gedən istiqamətdəki nöqtəsinə
qədər olan məsafə
dərk etmək - anlamaq, başa düşmək
döyünmək - qorxudan, həyəcandan, fərəhdən və başqa səbəblərdən tez-tez vurmaq, çırpınmaq
dürdanə -inci (mirvari) dənəsi
ekoloq -fəaliyyəti flora və faunanın vəziyyətini təhlil etmək, habelə insan fəaliyyətinin ətraf
mühitə mənfi təsirini azaltma yollarını tapmaq məqsədi daşıyan mütəxəssis
ekoloji - ekologiyaya aid, ekologiyaya məxsus
ekoloji mədəniyyət -insanda ətraf mühitə qarşı şüurlu münasibət, ona ehtiyatla yanaşmaq,
zənginliklərinin qorunması, təbii resurslarından səmərəli (ağılla) istifadə