fərasət - dərhal anlama, başa düşmə, dərk etmə, qavrama bacarığı, ayıqlıq
gəlir - əldə edilən qazanc
xərc - işlənən, sərf olunan pul
idxal etmək - daxil etmə, daxil edilmə, bir ölkəyə başqa ölkələrdən gətirilən mal, məhsulat
ixrac etmək - satış üçün xarici bazarlara göndərmək
köçəri həyat - bir yerdə qərar tutmayaraq həyat sürmə
qazanmaq - əldə etmək, nail olmaq
qazma avadanlığı - quyu qazmaya məxsus avadanlıq
qocaman - yaşlı, çox yaşayıb yaratmış, təcrübə qazanmış
liman - okean, dəniz və daxili su hövzələrinin sahilində gəmilərin durması və yük vurulub boşaldılması üçün təchiz olunan məntəqə
maqnat - mülkədar, iri sənaye və maliyyə kapitalisti
memarlıq - binaları layihələndirmə, tikmə və bədii cəhətdən tərtib etmə sənəti
mesenat - himayədarlıq edən, yardım göstərən
məşğuliyyət - vaxt keçirmə, bir şeylə məşğul olma
mətbəx - xörək bişirmək üçün peçi, pilətəsi və s. ləvazimatı olan yer, otaq
mühəndis - texnikanın hər hansı sahəsində ali təhsil almış mütəxəssis
mühərrik - hər hansı enerjini mexaniki enerjiyə çevirən maşın, bir şeyi hərəkətə gətirən maşın, motor
mütaliə etmək - kitab, qəzet, jurnal və s. oxumaq
mütəmadi - sürəkli, araverməyən, davamlı, daimi surətdə baş verib gedən
neandertal - 250 min il öncə yaşamış qədim insan
normativ - hər hansı bir işin görülməsi, icrası üçün götürülən normalar göstəricisi
patent - ixtiraçının ixtirasını təsdiq edən şəhadətnamə, sənəd
peşə - sənət, iş, məşğuliyyət
piyada - miniklə yox, öz ayaqları ilə gedən adam
plan - bir işin nə qaydada, nə kimi ardıcıllıqla yerinə yetiriləcəyini və s. qabaqcadan nəzərdə
tutan tədbirlər sistemi
planlaşdırma - hər hansı bir tədbirin, işin və s.-nin gedişi, inkişaf etdirilməsi planını tərtib etmək
potensial - üzə çıxa bilən, mümkün ola bilən, tez-gec özünü göstərə bilən; gizli şəkildə qala
bilən
rəssamlıq - rəssam sənəti, rəssam peşəsi
ruhani - din xadimi
sənət - iş, peşə, məşğuliyyət
sərhədçi - dövlət sərhədini mühafizə edən, onu qoruyan əsgər
sərnişin - müxtəlif nəqliyyat vasitələrində hərəkət edən insanlar
sıldırım - dik, uca, uçurum
situasiya - vəziyyət, şərait, hadisələrin gedişi
təkmilləşdirmək - daha yaxşı, daha mükəmməl hala gətirmək
tutmaq - əli və ya əlləri ilə bir şeydən yapışmaq
yazı - savad, yazı-pozu, yazma qabiliyyəti
yüngül sənaye - çox işlənən mallar hazırlayan sənaye