Gözəldir arxlarda şırıldayan su,
Gözəldir baharın bağ çiçəkləri,
Sevgili nəfəsi - dağ çiçəkləri!
Zəmilər qoynunda xəyala dalmaq,
Çörəyin ətrini sünbüldən almaq!
Dalıb üfüqlərin sonsuzluğuna,
Qışqırmaq bu eşqi bütün cahana.
- İnsan Yer üzünün dürdanəsidir,
İnsanın Vətəni Yer kürəsidir.
Qalxaq ulduzlara, aylara qalxaq,
Dünyaya uca bir zirvədən baxaq.
Kainat insanın uçuş meydanı,
İnsan - kainatın zəka tərlanı.
Bizim qəlblərimiz birləşsə əgər,
İnsan hər ulduzdan parlaq görünər!
Birləşsə cahanda milyard ürəklər,
Bütün arzulara yetişər bəşər!
Məhəmmədhüseyn Şəhriyar