Meşə deyir:
- Meşədə ziyanvericilər olmur. Həşəratlar və quşlar ağacları parçalayır, qidalı maddələrin torpağa düşməsini, yəni maddələr mübadiləsini təmin edir. Əgər ağaclar çürüməsəydi, məhv olmasaydı, torpaqda canlı bitkilər üçün qida maddələri olmazdı. Göbələklər qocalmış və qurumuş ağacların parçalanmasını sürətləndirir. Onlar özləri də digər canlılar üçün qiymətli qidadır. Ziyanverici adı ilə onları məhv etmək parçalanmanı zəiflətmək, torpağın qeyri-münbit olması, quşların və heyvanların qidasız qalması deməkdir. Bitki və ağacların tozlanmasını da quşlar və həşəratlar həyata keçirir. Deməli, meşədə ziyanverici yoxdur. Gördüyün kimi, təbiət özü özünü tənzimləyir.
Təbiətə ziyan vuranlar haqqında şikayət ərizəsi yazın. Sizcə, bu ərizə kimə yazılmalıdır?
Bu məzmunda ərizəni yazmaq üçün: