Tünd şriftlə verilmiş sözlə-rin yazılışına diqqət yetirin
Necə tələffüz edilməlidir?
park
hektar
nəháyət
təxmínən
Yelloustondakı park 1872-ci ildə Milli Park elan edilmişdir. Bütün dünyada ilk olan bu parkın ərazisi təxminən 900 min hektardır. Park 1978-ci ildə UNESCO Ümumdünya İrsi siyahısına daxil edilmişdir.
XX əsrin 20-ci illərində parkdakı bütün canavarlara qarşı mübarizəyə başlayırlar. Səbəb sadə idi: canavarlar yırtıcıdır, maral, ceyran və digər canlıları məhv edir.
Nəhayət, canavarların kökü kəsilir. Artıq marallar üçün təhlükə yox idi. Onlar rahat gəzir və otlayırdılar. Amma...