Fərqləndirilmiş sözlər k,
yoxsa g ilə yazılmalıdır?
Düzgün tələffüzü deyin.
zəfərlə - [...]
vüqarla - [...]
vüqárla
zəfə́rlə
əsgə́r
Geyib əs...ər paltarını, silahlandı qəhrəman, Onun polad sinəsinə sığışmadı ürəyi. Dayan! - deyib yaxın gəldi, öpdü onun alnından Yay gününün xoş səhəri, bir də dağlar küləyi. - Ana! Getdim, salamat qal! - deyib öpdü qarım. Ana igid balasına açdı öz qollarım, Üz-gözündən öpə-öpə bağrına basdı onu, Ana yurdun bu qəhrəman, bu namuslu oğlunu. Dedi: “Oğlum, göz bəbəyim, sən ey ömür çiçəyim! Tarixlərin şahididir mənim bu ağ birçəyim. Görürəm ki, qəhrəmansan, sənə halaldır südüm. Qulağında yaxşı qalsın mənim sənə öyüdüm: Biz sənsiz də dolanarıq, uğur olsun yoluna, Qılıncını çalan zaman qüvvət gəlsin qoluna! Sən düşmənin qabağında igid tərpən vüqarla, Tüfən...ini təmiz saxla, atmı da tumarla! Öz yerində olsun gərək igidin yar-yarağı, Hər gün yeni bir zəfərlə gəlsin onun sorağı. İgid balam! Hərçənd ki öz ananam mən sənin, Çörəyilə böyümüsən bizim ana Vətənin. Bizim ellər Koroğlular, Xətailər yurdudur, Hər nəfəri güllə batmaz, top dağıtmaz ordudur. ...Payız vaxtı bağçamızın heyvaları dəyəndə, Şaftalılar şirələnib budağım əyəndə Göndərərəm sovqatım - sənin də öz payını, Sən də artır öz əlinlə zəfərlərin sayım!