Verilmiş izahları mətndə altından xətt çəkilmiş sözlərin ardıcıllığına uyğun düzün.
1. haqq və düzgünlük prinsiplərinə riayət
2. dözümlülük, iradəlilik, qüwətlilik
3. xalqlar arasında sülh olmasım istəyən şəxs
4. doğrudan olmuş və ya olan hadisə, əhvalat
Sözlərin əks mənasını yazın.
Ahəng nədir? Nümunələr əsasında ahəngin nə olduğunu izah edin.
Tələffüz zamanı mədəniyyət, tarix, coğrafiya, milli, məqsəd, valideyn, respublika sözlərinin hansında ahəngdarlıq müşahidə olunur? Səbəbini izah edin.
Ahəng qanunu
Sözlərdə qalın və ya incə saitlərin bir-birini izləməsinə ahəng qanunu deyilir.
tərbiyə, təhsil, vətən, meşə, qızıl, müsbət, torpaq, keyfiyyət, bulaq, qanun və s.
Bu sözlərdə ahəng qanunu vardır. Çünki sözlərdə ya qalın, ya da incə saitlər işlənmişdir. Tərbiyə, vətən, meşə və s. sözlərdə yalnız incə saitlər; torpaq, qızıl və s. sözlərdə yalnız qalın saitlər vardır.
Mətnin (səh. 13) son abzasında ahəng qanununa tabe olan sözləri seçib yazın.
Mətndə (səh. 12-13) göy rəngdə verilmiş sözlərdən sonra vergülün qoyulma səbəbini izah edin.
Mətndən (səh. 12-13) cəm isimləri seçin. Mətndə qırmızı rəngdə verilmiş sözlərin cəmdə işlənməsinə nə ehtiyac vardır?
Altından xətt çəkilmiş sözləri ahəng qanununa tabe olan elə sözlərlə əvəz edin ki, cümlənin məzmunu dəyişməsin.
1. Kənd, əhalisi qəhrəman əsgərini qarşılamaq üçün yola çıxdı.
2. Hər tərəfdən sevinc sədaları eşidildi. 3.
Muzeydəki antik eksponatlar çoxunun marağına səbəb
oldu. 4. Ana övladının qalibiyyətlə
qayıtmasım arzulayırdı.