İnsan bir qürurla süzdü bunları,
Süzdü ulduzların bərabərindən.
Dedi: - Nə gözəldir bizim Yer şam!
Baxdı, köks ötürdü insan dərindən.
Birdən çöhrəsini bürüdü kədər,
Dolandı başına onun kosmos da.
Qorxdu, bu gözəllik məhv ola bilər,
İynə batmış kimi partlar bu “kos” dal
İnsan bilirdi ki, Yer kürəsində,
Qucağı doludur arsenalların.
Ölüm qorxusu var buz nəfəsində,
Qarımış, qartımış generalların.
Səmadan görünən zümrüd meşənin,
Qoynunda torpaq var -insan bilirdi.
Düzlərə çiçək yox, raket döşənib,
Raketlər danışar - insan bilirdi.
Bilirdi, neytron, atom haçandır,
Yatır yuvasında bir ilan kimi.
Töküb zəhərini sıçrayacaqdır,
O, “qış yuxusu”ndan ayılan kimi.
Bilirdi, altında qayıqlar üzür,
Qalaylı tavaya bənzər dənizin.
Bilirdi, od yüklü təyyarə süzür,
Lacivərd qoynunda göylərimizin.
Bunları görmüşdü insan min kərə,
O, Yerdən gəlmişdi, burda uçsa da.
Bilirdi, yenə de dönəcək Yerə,
Ulduz aləmində qanad açsa da.
Kimsəsiz qoynundan uçan daşların,
İnsan var səsiylə qışqırdı birdən:
- Ey Yer kürəsinin vətəndaşları,
Kosmosdan seyr etdim bu torpağı mən!
Necə də sakitdir meşə, dəniz, dağ!
Kaş bu ucalıqdan görəydiniz siz.
Gəlin onu belə sakit saxlayaq,
Nə qədər gözəldir planetimizi
Əliaga Kürçaylı