Dostlar,
biz vətənin tarixini,
coğrafiyasını, mədəniyyətini, milli
adət-ənənələrini dərindən
bilməli, vətəni
sevməli, məsuliyyətli, vicdanlı, mübariz olmalıyıq.
Yaxşını pisdən
ayırmalı, həqiqətə, ədalətə inanmalı, böyüklərə, kiçiklərə, ailə üzvlərinə hörmət
etməliyik. Bun-
lar müsbət
insani keyfiyyətlər hesab edilir və vətəndaşlıq tərbiyəsinin mahiyyətini əks etdirir.
Xalqımız sülhsevərdir, müharibələrin olmasım istəmir. Ancaq sərvətli və bərəkət-
li
torpağımız daim diqqəti çəkmiş, bədxahlar bizim tor-
paqların hesabına öz
ərazilərini genişləndirmək istəmiş-
lər. Buna görə də
Azərbaycan Respublikasında gənclərin hərbivətənpərvər ruhda böyüməsinə xüsusi
diqqət
yetirilir.
Dostlarınızın flkirləri İle razısınızmı? Onların fikirlərinə nə əlavə etmək istərdiniz?
1 Hikmətli fikirlərdən biri mətnin məzmununa uyğundur:
A) Xalqın, vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir. (Heydər
Əliyev)
B) Özünü vətəndaş zənn edən bir kəs
Vətənin dərdinə yad qala bilməz! (N.A.Nekrasov)
C) Mən Vətəni canım kimi sevirəm. (A.Səhhət)
D) Vətən borclu deyil, biz borcluyuq Vətənə. (B.Vahabzadə)
E) Vətəndaş ailədə yetişir.
2 Bu fikirlərdən biri birinci abzasda vardır:
A) Vətəndaş yalnız ailədə formalaşır.
B) Cəmiyyət də vətəndaşın yetişməsində böyük rol oynayır.
C) Sülhsevər xalqımız müharibələrin olmasını istəmir.
D) Hər bir insan yaxşını pisdən ayırmağı bacarmalıdır.
E) Ölkəmizdə vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir.
3 Mətnə əsasən demək olar:
A) Uşaq ailənin güzgüsüdür.
B) Uşaq tərbiyəni yalnız ailədə alır.
C) Vətəninin tarixini bilən, onu sevən, vicdanlı, mübariz şəxs vətəndaşdır!
D) Bir ölkədə yaşayan bütün şəxslər vətəndaşdır.
E) Vətənini sevməyən ailəsini də sevə bilməz.