Mətndə nə üçün sifətlər çox işlənmişdir? Bu sifətlərin əlamət və ya keyfiyyət bildirdiyini deyin.
“Mətndə isimlər çoxluq təşkil edir” hökmünü mətn əsasında təsdiq edin.
Mətndə göy rənglə verilmiş sözləri aid olduğu sözlə birlikdə seçib yazın. Sözlərin yaratdığı məna çalarına diqqət yetirin.
Qoşma
Qoşmalar köməkçi nitq hissələridir. Onlar ayrılıqda məna ifadə etmədiyi üçün heç bir suala cavab vermir.
Qoşmalar qoşulduğu sözlə birlikdə suala cavab verir.
Məsələn:
Anası Lətifə üçün (kimin üçün?) şəkilli kitablar aldı.
O, dostunu evə qədər (haraya qədər?) ötürdü.
Böyüyəndə mən də atam kimi (kim kimi?)fotoqrafolmaq istəyirəm.
Qoşmalardan nə əvvəl, nə də sonra vergül işarəsi qoyulmur.
Qoşmaların işləndiyi bir neçə cümlə qurun.
Mətnin son abzasından qoşmaları seçin, onların yazılışına diqqət yetirin.
Qoşmaların yazılışı
Qoşmalar, adətən, qoşulduğu sözdən ayrı yazılır. Ancaq bir qisim qoşmalar var ki, onlar sözə bitişik yazılır, tək, -dək, -can, -cən, -ilə qoşmaları buna misaldır.
Məsələn: Təyyarə quştək uçurdu.
O, kitabxanayadək mənimlə birgə getdi.
Nənəsi şəhərədək nəvəsi ilə getdi.
Dağ yolunacan hər yer lalələrlə dolu idi.
Kəndəcən avtobus sürətini qaldırmadı.
İlə qoşması sözə həm bitişik, həm də ayrı yazılır.
Məsələn: Rəna ilə çoxdan dostuq.
Aygünlə tədbirdə tanış olmuşduq.
Mətndə nöqtələrin yerinə uyğun qoşmaları artırın. Onların yazılışına diqqət yetirin.
sonra, ilə, -dək, əvvəl, üçün
Bir gün tısbağa dovşanın qabağım tutub dedi:
- Mən səndən də bərk qaça bilərəm. Qıvraq ayaqlarına güvənib bizi çox zəif bilmə. Bərk qaçmağınla öyünmə.