Mətni oxuyun, köməkçi nitq hissələrini seçin. Cümləni köməkçi nitq hissələri olmadan oxuyun. Nə müşahidə etdiniz? Onların cümlədəki rolunu müəyyən etməyə çalışın.
Son günlər respublikamızın ərazisində havaların isti və quraq keçməsi ilə əlaqədar meşələrdə və meşə fonduna daxil olmayan ərazilərdə yanğın başvermə təhlükəsi artmışdır. Bu təhlükənin qarşısının alınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mərkəzi və yerli qurumları bütün səylərini birləşdirməklə yerli müəssisələrdə zəruri avadanlıqlarla təchiz olunmuş növbətçilik təşkil etmişdir. Lakin vətəndaşlıq borcunu başa düşməyən bəzi şəxslər və torpaq mülkiyyətçiləri bu vacib məsələyə biganə qalmaqla yanğın təhlükəsizliyi qaydalarına əməl etməməkdə davam edirlər. Belə şəxslərin məsuliyyətsizliyinin nəticəsidir ki, 13 avqust 2010-cu 11 tarixdə saat 17:00 radələrində Şahdağ Milli Parkının Qəbələ rayonundakı meşə ərazisində yanğın hadisəsi baş vermişdir.
Yanğının başvermə səbəbi hələlik tam müəyyənləşdirilməsə də, onun meşədə moruq yığan yeniyetmə gənclərin ehtiyatsızlığından baş verdiyi ehtimal olunur. Yanğın 4 hektar ərazini əhatə etmişdir.
(Azərbaycan Respublikası Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin
14 avqust 2010-cu il məlumatı)
Üçün, ilə, və, daha, da, də, amma, lakin, həm, əgər, həmçinin köməkçi sözlərini cümlədə işlədin.
Altından xətt çəkilmiş sözləri sual verməklə fərqləndirin. Suala cavab veməyən sözləri cümlədən çıxarsanız, nə baş verər?
1. Aydın binaya doğru qaçdı. Doğru sözə zaval yoxdur.
2. Sən kimi axtarırsan? O evə kimi mənimlə getdi.
3. Görünür, dərsə yaxşı hazırlaşmamışam Uzaqdan qarlı dağlar görünür.
4. Qoy həmişə Vətənimiz var olsun! Səbətləri mətbəxə qoy.
5. Sarı rəngi xoşlayıram. Uşaqlar məktəbə sarı gedirdilər.
“Evdə yanğın təhlükəsizliyi” adlı qaydalar toplusu tərtib edin. Yazınızda əsas və köməkçi nitq hissələrindən istifadə edin.
Necə bilirsiniz, “Yalan” mətnindəki Aydından baş vermiş hadisə ilə bağlı hansı sənəd yazılması tələb olunmalıdır? Aydın bu sənədi kimin adına yazmalıdır? Həmin sənədi tərtib edin.