- Sizcə, layihə nə üçün “Öncə Vətəndir!” adlandırılmışdır?
- “Öncə Vətən” ifadəsi sizdə hansı təəssüratı yaradır?
- Layihəni icra etmək üçün nə etməlisiniz?
- Necə bilirsiniz, Vətən tərbiyəsi haradan başlanır?
- Vətəni qarış-qarış gəzmək üçün haradan başlamaq lazımdır?
Vətəni sevmək azdır,
Onu qorumaq gərək,
Vətənim demək azdır,
Vətənin olmaq gərək.
Şeirlərdə ifadə olunan
fikirlərə münasibət
bildirin.
Övlad gərək vətənə,
Vətəndir yol, deyirlər
Ona qurban gedənə
Əsil oğul deyirlər.
O keçməz əldən-ələ,
O, əbədi diləkdir.
Qara tikanı belə
Yenə Vətən deməkdir...