Verilmiş sözlərin hansı şəkillərə aid olduğunu müəyyən edin.
A) piktoqram B) heroqlif C) mixi D) fonoqrafik yazı
Aşağıdakı cümlələri mətnin müvafiq hissələrinə əlavə edin.
Göy rənglə verilmiş cümlələrdə bağlayıcıları tapın və intonasiyaya görə vergülün yerini müəyyənləşdirin.
Cümlədə bir çox bağlayıcılardan əvvəl vergül qoyulur:
Göy guruldadı, amma yağış yağmadı.
Mən dözürdüm, çünki gələcəyinə inanırdım.
“Ki” və “belə ki” bağlayıcılarından sonra vergül qoyulur. Bu qayda “ki” ilə bitən digər bağlayıcılara (ona görə ki, odur ki, madam ki, indi ki və s.) aid deyil:
Mən istədim ki, öz istədiyim sənəti seçim.
İndi ki belə oldu, gərək biz də yeni şəraitə uyğunlaşaq.