Mətnin sonuncu abzasında göy rənglə verilmiş qoşmaları aid olduğu sözlə birlikdə tələffüz edin. Deyilişi və yazılışı arasında olan fərqi müəyyənləşdirin.
Çoxhecalı qoşmalar qoşulduğu sözlərdən ayrı yazılır: Çətinliklərə sinə gərə bilmək üçün qaya kimi möhkəm olmaq lazımdır.
Təkhecalı qoşmalar (-dək, -can2, -ca2, -tək), o cümlədən ilə qoşmasının ixtisar forması (-la, -lə) qoşulduğu sözlərə bitişik yazılır: Həmin gün səhərəcən yatmadıq. Dəryaca ağlın olsa, yoxsul olsan, gülərlər.
İlə qoşması samitlə bitən sözlərdən sonra [-nan], [-nən], saitlə bitən sözlərdən sonra [-ynan], [-ynən] şəklində tələffüz olunur: Varını heç kəslə [kəsnən] bölüşmək istəməyən yoxsuldur. Məktubu ona çatdır, qalanı ilə [qalanıynan] işin yoxdur.
Üçün qoşması samitlə bitən sözlərdən sonra [-çün], saitlə bitən sözlərdən sonra [-yçün] şəklində tələffüz olunur: Böyük insanların səhvləri axmaqlar üçün [axmaxlarçün] təsəllidir. Sərkərdə üçün [sərkərdəyçün] qələbədən şirin şey yoxdur.
Cümlələrdən orfoqrafik qaydaya uyğun olmayan qoşmaları seçib düzgün şəkildə yazın.
Qoşmaların işlənməsi ilə bağlı düzgün variantı seçib cümlələri köçürün.
Bilmirdim ki, bunu məndən ötrü / ötəri edirsən.
Sinfimizdə səni / sənin qədər çalışan yoxdur.
O günlər xəyaldək / tək uzaqlardadır.