-
Hansı cümlədə “görə” qoşması istinad, hansında səbəb-məqsəd ifadə
edir?
- Plutarxa görə, Makedoniyalı İsgəndər M.ö. 356-cı ildə anadan
olmuşdur.
- Müsabiqəyə yaxşı hazırlaşmadığına görə mükafatsız qaldı.
-
Qoşmaların aid olduğu sözlərə müvafiq hal şəkilçiləri artırmaqla
cümlələri köçürün.
- Mən... üçün bu məsələnin həlli vacib idi.
- Sən... başqa halımı kimsə bilməz.
- Şəhər... kimi maşınla getdik.
- Dünən... qədər onun haqqında yüksək fikirdə idim.
- Dayım iti addımlarla biz... tərəf gəldi.
- İki il... bəri görmədiyi doğma şəhərə çatmışdı.
- O... başqa heç kəsin bu hadisədən xəbəri yox idi.
-
Cümlələrdə qoşmaları tapın və onların yaratdığı məna çalarını
müəyyən edin.
- Yetişmək üçün meyvənin günəşə, cavanın məsləhətə ehtiyacı
var.
- Bütün uğurlarıma görə gənclikdə çəkdiyim aclıq və əzablara borcluyam.
(Napoleon)
- Azadlıq yoxa çıxandan sonra yalnız ölkə qalır, vətən isə artıq yox
olur. (Şatobrian)
- Başqasının səhvinə dözsək də, öz səhvimizə qarşı amansız
olmalıyıq. (S.Tastu)
- Odunçuya gücdən əvvəl təcrübə lazımdır. (Homer)
-
Altından xətt çəkilmiş hansı söz qoşma deyil?
İnsanın əzəməti onun boyu ilə ölçülmədiyi
kimi, millətin əzəməti
də onun sayı ilə ölçülmür. (V.Hüqo)
-
*
Müşahidələrinizə istinad edərək aşağıdakı qaydaları tamamlayın.
Tərəf, doğru, qarşı, sarı qoşmaları ... halda olan sözlərə qoşulub
...
mənası əmələ gətirir.
Əvvəl, sonra, qabaq, bəri qoşmaları ... halda olan sözlərə qoşulub
... mənası əmələ gətirir.
Qədər, kimi, -dək, -can2 qoşmaları ...
halda olan sözlərə qoşulub ...
mənası əmələ gətirir.