Aşağıdakı başlıqların mətnin hansı hissələrinə uyğun gəldiyini müəyyənləşdirin.
Aşağıdakı hekayəni mətnin hansı hissəsinə əlavə edərdiniz?
“Bir meşədə iki nəfər ağac kəsirmiş. Birincisi səhər tezdən yuxudan durur, ağacları kəsməyə başlayırmış. Bir ağac yıxılan kimi o birisinə keçirmiş. Gün boyunca nə dincəlir, nə də fasilə verirmiş.
İkinci odunçu isə arabir dincəlir, hava qaralanda evə gedirmiş. Bir həftə beləcə çalışırlar. Sonda məlum olur ki, ikinci odunçu daha çox ağac kəsib.
Birinci odunçu hirslənir: “Necə ola bilər? Mən daha çox çalışmışam. Səndən daha tez işə başlamışam, səndən daha gec işimi qurtarmışam. Amma necə olur ki, sən daha çox ağac doğramısan? Bu işin sirri nədir?”
İkinci odunçu ona cavab verir: “Düzdür, sən dayanmadan, dincəlmədən işləyirdin. Mən isə aradabir dincəlirdim. Dincələ-dincələ də baltamı itiləyirdim. İti balta ilə daha az zəhmət çəkib, daha çox ağac doğramaq olar”.
Müzakirə. Verilmiş aforizmlərdə ifadə olunan fikirlərə münasibətinizi bildirin.
Adi insan zamanını necə öldürəcəyi, bacarıqlı insan isə zamanını necə qazanacağı haqda düşünür. (A.Şopenhauer)
Vaxt azlığından ən çox şikayət edənlər zamanlarından ən pis formada istifadə edənlərdir. (Labruyer)
“Bircə saatın qədrini bilməyən adam həyatın da dəyərini bilməz” fikrini təsdiq edən esse yazın.