Nümunəyə uyğun cədvəl qurun və enerji mənbələrinin adlarını sütunlar üzrə qruplaşdırın.
Bərpa olunan enerji mənbələri | Bərpa olunmayan enerji mənbələri |
Verilmiş ifadələri müvafiq nöqtələrin yerinə qoymaqla cümləni tamamlayın.
külək elektrostansiyalarından,
biokütlənin (yonqar, talaşa) yanma texnologiyasından,
günəş batareyalarından, hidroenergetik qurğulardan
Enerji almaq məqsədi ilə çaylarla zəngin ölkələrdə ... , düzən ərazilərdə ... , cənub regionlarında ... , zəngin meşə ehtiyatlarına malik ölkələrdə ... geniş istifadə edilir.
Diaqramı şərh edin və buradakı məlumatlardan çıxış edərək Azərbaycanda enerji mənbələrindən istifadə haqqında fikirlərinizi söyləyin.