-
Altından xətt çəkilmiş sözləri kök və şəkilçiyə ayırın. Feili bağlama
şəkilçisini müəyyən edərək həmin şəkilçilərlə yeni sözlər yaradın.
Tapşırığın sonunda verilmiş nəticəni tamamlayın.
- İnsanın biliyi artdıqca narahatlığı da artır. (Höte)
- Elm ancaq ağlın süzgəcindən keçəndə qiymətli olur. (M.Metterlinq)
- Bir elmi öyrənmək istədikdə sən
Çalış ki, hər şeyi kamil biləsən. (N.Gəncəvi)
- O insan ağıllı sayılır ki, işə başlamadan nəticəni görə bilsin. (Kant)
- Axmaq fikirlərə uyaraq insan
Axtarır umulmaz yerdə səadət. (S.Vurğun)
- İlan ulduz görməyincə ölməz. (Atalar sözü)
- Birinin günahı varsa, bağışla, bağışlamayıb cəza versən, günahın
dərəcəsinə görə ver. (Məhəmməd Peyğəmbər)
- Böyük sözünə qulaq asmayan böyürə-böyürə qalar. (Atalar sözü)
- Özunə yeni dostlar taparkən köhnələri unutma. (E.Rotterdamlı)
- Həqiqət üzə çıxar-çıxmaz şübhələr silinir. (C.Vaşinqton)
Nəticə: ... şəkilçiləri feili bağlama
yaradır.
-
Feili bağlamaları seçin və zaman, tərz, səbəb bildirməsinə görə aşağıdakı
kimi qruplaşdırın.
- Bu sözü eşidincə Rüstəmin qaşları çatıldı.
- Sənan qayalardan tuta-tuta, iməkləyə-iməkləyə yeriyirdi.
- Hayqırıb açsam meydanı,
Sutək axıdaram qanı. (“Koroğlu”dastanı)
- Qıza elə gəldi ki, Şahin inciyib gedir.
Necə? sualına cavab verir, tərz bildirir:
A B C D
Nə zaman? sualına cavab verir, zaman bildirir:
A B C D
Nə üçün? sualına cavab verir, səbəb bildirir:
A B C D
-
Fərqləndirilmiş sözləri feili bağlama ilə əvəz edib cümlələri dəyişin.
- Koroğlu dəliləri başına topladı, dağlara çəkildi.
- Ağabəy yenicə içəri girmişdi ki, bayırda səs-küy qopdu.
- Elə ki vaxt tamam oldu, dərviş gəlib amanatını istədi.
- Körpə divardan tutur, yavaş-yavaş gəzirdi.