Baxışım heyrətdə, gözüm heyrətdə;
Elə bil nadanam, görməmişəm mən.
İnsanı, heyvanı belə ülfətdə,
Belə ünsiyyətdə görməmişəm mən.
Maral duzağıdır meşə başabaş,
Nə güllə səsi var, nə bir səksəkə.
Bu meşə uzadıb sağ əlini kaş
Bizim meşələrin başına çəkə!...
Ənvər Rza
Feili bağlama həm zərfin, həm də feilin xüsusiyyətlərini daşıyır: hərəkətin tərzini, zamanını, səbəbini bildirir; məsələn:
Müəllim danışanda qulaq asmaq lazımdır (zaman).
O, əlini döşünə qoyaraq danışırdı (tərz).
Rəhim səhvini başa düşüb üzr istədi (səbəb).