Feili sifətləri tapın, onları ifadə etdiyi zaman məzmununa görə aşağıdakı qaydada qruplaşdırın.
Feili sifətlə feildən düzələn sifəti fərqləndirmək lazımdır: ağlağan uşaq (feildən düzələn sifət); ağlayan uşaq (feili sifət).
Bu sözləri fərqləndirməyin ən sadə yolu onları inkarda işlətməkdir. Əgər bu, mümkündürsə, deməli, həmin söz feili sifətdir: ağlamayan uşaq.
İnkarda işlətməklə feili sifəti feildən düzələn sifətlərdən fərqləndirin.
deyinən (qarı), qorxmuş (adam), qorxaq (adam), yazılan (məktub), küsəyən (qız), azğın (düşmən), sevdiyim (insan), deyingən (qarı), qorxunc (görkəm)
Dördündən biri morfoloji cəhətdən fərqlidir:
Cümlələrdə necə? nə cür? hansı? suallarına cavab verən sözləri seçib sifət və ya feili sifət olduğunu müəyyən edin.