Feili sifət həm feilin, həm də sifətin xüsusiyyətlərinə malikdir: həm hərəkət, həm də əlamət və ya keyfiyyət bildirir: uçan (hansı?) quş, soyumuş (necə?) çay.
Şəkilçidən asılı olaraq feili sifət müxtəlif zaman anlayışı bildirir:
Altından xətt çəkilmiş sözləri kök və şəkilçiyə ayırın. Feili sifət şəkilçisini müəyyən edərək həmin şəkilçilərlə yeni sözlər yaradın. Tapşırığın sonunda verilmiş nəticəni tamamlayın.
Nəticə: ... şəkilçiləri feili sifət yaradır.
Fərqləndirilmiş sözlərə sual verib feili sifət, təsriflənən feil, yoxsa isim olduğunu müəyyən edin.
A) feili sifət B) təsriflənən feil C) isim
Nümunə: 1 – A