Bu gözəl “bina”ları tikərkən termitlərin istifadə etdiyi material isə, sadəcə, torpaq və öz selikləridir. Bu cür bəsit materialla içində labirintlər, ventilyasiya sistemləri, su kanalları olan mürəkkəb sistemli yuvalar tikmək heyrətamizdir. Ən təəccüblüsü isə bu möhtəşəm yuvaları inşa edən termitlərin tamamilə kor olmasıdır. Onlar nə qurduqları tunelləri, nə də ucaltdıqları otaqları görə bilirlər.
Əlbəttə, təbiət möcüzələr mücrüsüdür. Canlıların ən kamili olan insana bəxş olunan ağıl belə bəzən kiçik həşəratlara verilən instinkti izah edə bilmir.
Sahibə Tərtərli