Həm feilin, həm də ismin bəzi xüsusiyyətlərinə malik olan məsdər -maq2 şəkilçisi ilə formalaşır. Ayrılıqda nə etmək?, cümlə daxilində isə nə? sualına cavab verir:
Çalışmaq (nə etmək?)
Çalışmaq (nə?) həyatın özü, tənbəllik isə zərərli vərdişdir.
Cümlələrdəki məsdərləri seçib feilə və ismə oxşar xüsusiyyətlərini qeyd edin.
Nümunə:
Bu vətən uşaqlarımız və nəvələrimiz üçün cənnət edilməyə layiqdir.
(Atatürk)
Feilə oxşar xüsusiyyətləri: 1. Təsdiq feildir. 2. Məchul növdədir.
İsmə oxşar xüsusiyyətləri: 1. Nəyə? sualına cavab verir. 2. Yönlük
haldadır.
Uyğun məsdərləri ismin müəyyən halında işlətməklə cümlələri tamamlayın.
soruşmamaq, işləmək, tutmaq, sevmək, qayğı göstərmək, bilməmək