0, sərnişinlərə elə baxdı ki, yaşlı bir qadının ürəyi yumşaldı:
– Bir də buraxmaz, əmisi, indi bilir daha... Həm də başa düşmək lazımdır axı: başqa uşaqlar tətil vaxtı oynayırlar, əylənirlər, o isə bütün yayı bu heyvanlarla əlləşib.
– Düzdür, başqasının əməyinə hörmətlə yanaşmaq lazımdır, – deyə panamalı qoca da razılaşdı.
Eynəkli sərnişin başını qaldırdı:
- Danışmaq asandır... Bəs uşağı ilanla birgə evinəcən kim ötürəcək?
Leytenant:
- Mən ötürərəm, – dedi.
Qatarın rəisi qaşqabaqla sərnişinləri süzdü və bələdçi qıza tərəf döndü:
- Yaxşı, xəkəndazı gətir. Onu ilanın altına salıb maşa ilə sıxarıq!
On dəqiqə sonra gürzə yenə bankada, ağzı bu dəfə çox etibarlı bağlanmış banka isə leytenantın dizləri üstündə idi. Sevincindən gözləri işıq saçan Borya leytenantın yanında sakitcə oturmuşdu.
Düz Moskvayacan sərnişinlər öz məktəb illərindən xatirələr danışdılar. Vaqonda hamı çox şən idi.
Yuri Sotnik