İdi, imiş köməkçi sözlərinin ixtisar formaları olan -dı4, -mış4 feilin müvafiq zaman şəkilçilərinə (-dı4, -mış4) oxşayır.
Nəzərə almaq lazımdır ki, zaman şəkilçiləri feilin kökünə, başlanğıc formasına və ya inkar şəkilçisindən sonra artırılır: yaz-dı-m, yaz-ıl-mış-ıq. yaz-ış-ma-dı-lar. İdi, imiş köməkçi sözlərinin qısa formaları isə feil şəkillərinin əlamətlərindən sonra işlənir.
İdi, imiş köməkçi sözləri: gəl-ir-di-m, gəl-ir-miş-əm.
Feilin zaman şəkilçiləri: gəl-di-m, gəl-miş-dir.
güldüm – gülürdüm
sevildi – sevirdi
baxılırdı – baxıldı
nail oldular – nail olmuşdular
danışacaqmış – danışılmışdır
sərilmişdi – sərəcəkdi
çatmışdıq – çatdırıldı
1. Həyəcan getdikcə artırdı.
2. Elektrik mühəndisi şəbəkədəki gərginliyi bir qədər də artırdı.
3. Güclü tufan gözlənildiyindən sahildə yaşayan əhalini şəhərə köçürdülər.
4. Elat yaylağa köçürdü.
5. Çox keçmədi ki, onu gözdən itirdim.
6. Kənddən uzaqlaşdıqca evlərin işıqları yavaş-yavaş gözdən itirdi.
7. Bülbül o kolluğa çatmaq üçün dayanmadan uçur, uçurdu.
8. Buldozer nərilti-gurultu ilə irəliləyib binanın son qalıqlarını da uçurdu.
Tapşırıqdakı nümunələrdən çıxış edərək idi, imiş köməkçi sözlərinin feilin keçmiş zaman şəkilçilərindən fərqli əlamətlərini izah edin.