, demək lazımdır ki, alimlərin "aprel", "may", "iyun" adlarının mənşəyi ilə bağlı fikirləri ziddiyyətlidir. Belə bir fikir var ki, "iyun" sözü ilk Roma konsulu Yuni Brutun adı ilə bağlıdır. Bəzi tədqiqatçılar isə "aprel" sözünün latınca "açmaq" mənası verən aperire feilindən yarandığını iddia edirlər.
Roma təqviminə görə yeraltı dünyanın ilahı Februusun adını daşıyan fevral ilin son ayı idi. Bu ilahın adı isə latınca “februa” (təmizlənmə) sözü ilə bağlıdır. Qədim Romada hər il keçirilən təmizlənmə mərasimi məhz bu aya düşürdü.
Mart ayının adı müharibə ilahı Marsın adından götürülmüşdür. Görünür, əkin işləri başlandığından romalılar bu ay Marsa xüsusi ehtiram göstərirdilər ki, onların üzərinə müharibə göndərməsin. Ola bilər, əksinə, havalar qızdığına görə həmin ay romalılar qonşu ərazilərə hərbi yürüşlərə hazırlaşır və müharibə ilahının şərəfinə qurbanlar kəsirdilər.
Bəzi dilçi alimlər “aprel" sözünü latın dilindəki apricus sözü ilə əlaqələndirirlər. Bu sözün ilkin mənası “günəşlə qızdırılan” deməkdir. Lakin apricus sözü eyni zamanda “ərik” mənası verir. Ola bilər, bu ayda ilk çiçək açan ağac ərik olduğundan romalılar aprel ayını həmin ağacın adı ilə adlandırmışlar.
"May” və “iyun” sözlərinin mənşəyi hələ antik dövrdə mübahisə predmeti olmuşdur. Qədim Roma şairi Ovidi belə bir fərziyyə də irəli sürmüşdü ki, “may” sözü maiores (ahıllar), “iyun” sözü isə yuniores (cavanlar) söz lə rin dən əmələ gəlmişdir.
***
Rəvayətə görə, Qədim Romada ilk təqvim şəhərin əsasını qoymuş Romul və Rem tərəfindən yaradılmışdı. Onların təqvimində il mart ayında başlayır və dekabrda bitirmiş. Yanvar və fevral aylarını isə təqvimə ilk dəfə Roma çarı Məğrur Tarkvini əlavə etmişdi.
Roma imperatoru Qay Yuli Sezarın dövrünə qədər iyundan sonrakı aylar rəqəm adları ilə adlandırılmışdı. Belə ki, iyul ayı kvintilis (beşinci), avqust ayı sekstilis (altıncı) adlanırdı.
, Roma təqvimində il mart ayından başlayırdı. Miladdan öncə 46-cı ildə Qay Yuli Sezar Misirin Günəş təqvimini öz ölkəsində tətbiq etdi və növbəti ildən təqvimdə ilk gün yanvarın 1-i qəbul edildi. Onun bu islahatını nəzərə alaraq romalılar yeni təqvim üzrə yeddinci ayı, yəni kvintilisi Sezarın şərəfinə iyul adlandırdılar.