Azərbaycan dilində ay adları bir çox Avropa dillərindəki analoji adlarla eynidir.
,
müasir dillərdə beynəlxalq status qazanmış söz və terminlərin əksəriyyətinin kökü qədim yunan
və ya latın dilinə gedib çıxır. Ay
adları da istisna deyil.
“Yanvar” sözü Roma ilahı Yanusun adı ilə bağlıdır. Bu sözün ilkin mənası qapı deməkdir. Başlanğıc, zaman tanrısı olan Yanus şəkillərdə əks istiqamətlərə baxan ikisifətli insan kimi təsvir olunurdu. Üzünün biri önə, yəni gələcəyə baxırdısa, digəri arxaya, yəni keçmişə nəzər salırdı.
Beləliklə, tədqiqatçılar ilin ilk altı ayının adlarını yunan ilahlarının adları ilə bağlayırlar.
Aylar | İlahlar |
fevral | Februus – yeraltı dünyanın ilahı |
mart | Mars – müharibə ilahı |
aprel | Afrodita – gözəllik və bahar ilahəsi |
may | Mayesta – məhsuldarlıq ilahəsi |
iyun | Yunona – qadınların himayədarı, nikah ilahəsi |