“Qalibləri mühakimə etmirlər” o deməkdir ki, əsas məqsəd, hansı yolla olursa olsun, uğur qazanmaqdır, çünki qalibi heç kim cəzalandıra bilməz. Bu mənada o, başqa bir qanadlı ifadə – “Məqsədə çatmaq üçün istənilən üsul yaxşıdır” ilə həmahəng səslənir. Bu ifadənin isə ilk dəfə XVI əsrdə yaşamış italyan dövlət xadimi Nikkolo Makiavelli tərəfindən deyildiyi iddia olunur. Doğrudan da, Makiavellinin “Hökmdar” əsərində belə bir ifadəyə rast gəlirik: “Məqsəd üsula haqq qazandırır”. Bu aforizmin izi ilə gedən tədqiqatçılar isə eramızın ilk illərinə qədər çatıblar. Bəlli olub ki, bu qanadlı ifadəni ilk dəfə o dövrdə yaşamış Roma şairi Ovidi işlədib: “Nəticə əmələ haqq qazandırır”.
Arif Əliyevin “Tarixdə yanlışlıqlar” kitabından
A. “Gəldim, gördüm, qələbə çaldım”.
B.
“Sürünmək üçün doğulanlar uça bilməzlər”.
C.
“General olmağı arzulamayan əsgər yaxşı əsgər deyil”.
D.
“Qalibləri mühakimə etmirlər”.
E.
“Məqsədə çatmaq üçün istənilən üsul yaxşıdır”.
1. Tam variantı hazırda işlənmir.
2. İşləndiyi rəvayət tarixi faktlara əsaslanmır.
3. Yaranma tarixi və müəllifi məlumdur.
4. İlk dəfə I əsrin əvvəllərində işləndiyi məlumdur.
5. İlk müəllifi məlum olsa da, başqası məşhurlaşdırıb.
A B C D E
A B C D E
A B C D E
A B C D E
A B C D E