İsə köməkçi sözü, adətən, sözlərə -sa2 şəklində əlavə edilir və şərt mənası yaradır: Bunu bilirdisə, vaxtında deməli idi. Çalışqandırsa, buna nail olacaq.
İsə köməkçi sözü şəxs şəkilçilərindən sonra əlavə olunur. Cümlədə isə köməkçi sözü artırılmış sözdən sonra vergül qoyulur.
bilmək, istəmək, ummaq, getmək, sevmək
1. Yaxşılıq eləyib bir şey ......... , eləməsən, yaxşıdır.
2. Arabanın qabaq çarxları hara ....... , dal çarxları da ora gedər.
3. Sağlam olmaq ......... , az ye.
4. Kim öz vətənini ......... , deməli, heç kimi və heç nəyi sevmir.
5. İnsan nə qədər az ......... , bir o qədər çox bildiyini düşünür.