Dəfələrlə romalılara qalib gəldiyi üçün bu ona su içmək kimi asan görünür.
Lakin hər şey heç də onun gözlədiyi kimi olmur. İkinci və həlledici qələbədən sonra Pirr elə itkilər verir ki, sonradan bir daha gücünü bərpa edə bilmir. Bunu başa düşən Pirr həmin döyüşdən sonra: “Bu qələbə mənim məğlubiyyətimdir”, – deyir.
Qələbə böyük itkilər hesabına əldə olunarkən bir çox dillərdə “Bu, Pirr qələbəsidir” ifadəsini işlədirlər.
Hər bir dildə şəxs adlarının iştirakı ilə yaranmış çoxlu sayda ifadələr var. Hər hansı şəxs öz nitqində belə ifadələr işlədirsə, bu onun yüksək intellekt sahibi olduğundan xəbər verir. Çünki insanın söz ehtiyatı nə qədər zəngindirsə, o, söz və ifadələrin tarixi etimologiyasını nə qədər yaxşı bilirsə, deməli, həmin şəxsin dünyagörüşü və bilik dairəsi də bir o qədər genişdir.
Rafiq İsmayılov
İfadə | İfadənin yaranma tarixi | İfadənin mənası |