Çıxanda da qayanın üzü ilə düz yuxarı çıxarmış. Deyirlər ki, indi də oralarda silahının izi qalıb.
Orada dağ döşündə bir yer var. Adına Hamam deyirlər. Oraya su yerdən çıxır, özü də istidir. Deyirlər, həmin suyu tapan da, hamamı tikən də Ovçu Pirim imiş. Günlərin bir günündə Ovçu Pirim ova çıxıbmış. Gəzə-gəzə gəlib yetişibmiş bu dərəyə. Qayanın döşündə bir maral görüb güllə ilə vurubmuş. Yaralı maral qaçıb, Ovçu Pirim də onun dalınca düşüb. Bu qovhaqovla gəlib bu yerə çatıblarmış. Burada yerdən su çıxırmış. Maral yaralı yerini suya vurub təzədən qaçmağa başlayıbmış. Amma bu heç bayaqkı yaralı maralın qaçışı deyilmiş. Ovçu Pirim başa düşübmüş ki, bu su şəfa suyudur. Yaralı yerə dəyən kimi sağaldır. Maral da bu sirri bildiyindən qaçıb özünü həmin suya çatdırmağa tələsirmiş.
Ovçu Pirim burada hamam tikib adamlara xəbər verir.
Rəvayətə görə, bir xan qəfəsdə bülbül saxla... . Qəfəsin yan-yörəsində hər cür gül əkdir... . Ancaq bülbül hətta bahar fəslində belə səsini çıxarıb oxumaz... .
Bir gün xan bülbülü qəfəsdən burax... . Görür ki, quş bir qaratikan kolunun üstündəki yuvaya qon... və cəh-cəh vurub oxumağa başla... . Xan öz-özünə fikirləş... : ” Mən onu gül-çiçəyə qərq elə... . Sən demə, bütün bunlar qaratikan kolunun yanında heç nə imiş”.