1. Deyəsən, işin düzəlib, gülürsən.
2. Əli aşından da oldu, Vəli aşından da.
3. Hamıya qulaq assan, gərək eşşəyi dalına alasan.
İdi, imiş köməkçi sözləri müxtəlif nitq hissələrinə artırılaraq hərəkətin, hökmün keçmişdə baş verdiyini bildirir:
Arzu məktəbli idi. Arzu məktəbli imiş.
Ramin yazmalı idi. Ramin yazmalı imiş.
İdi, imiş köməkçi sözləri feilə artırıldıqda bütöv şəkildə (idi, imiş) və ya ixtisar formasında (-dı4, -mış4) işlənir.
İdi köməkçi sözü həmişə şəxs şəkilçisindən əvvəl işlənir: gəlməli idi-m, oxumuş-du-nuz. İmiş köməkçi sözü isə şəxs şəkilçisindən əvvəl də, sonra da əlavə edilə bilər: gəlməli imiş-əm - gəlməli-yəm- miş, oxuyur-muş-sunuz - oxuyur-sunuz-muş.
Keçmiş əyyamlarda Ovçu Pirim adlı bir şəxs var imiş. Həmişə sal qayalarda gəzib ov edərmiş. Özü də bütün heyvanların dilini bilərmiş. Ona görə də heyvanlar ondan qorxub çəkinmirdilər.
Ovçu Pirim İlisu dağlarında məskən salıbmış. Hündür bir qayanın başında özünə sığınacaq qurubmuş.