Qadın sakitləşmiş kimi görünürdü. Gənc yenə tənbəkisini çəkirdi. Amma artıq qadına tərəf baxmırdı.
Professor evdə onu gözləyən arvadını, indi həmişəkindən çox sevdiyi çəhrayı yanaqlı uşaqlarını düşünürdü.
Qəssab isə bir az əvvəl dediyi üç qurbanı ikiyə endirmək üçün vicdanını yola gətirirdi. Hətta sahilin işıqları görünəndə iki qurban birə endi. Həmdə onu artıq Qurban bayramında kəsəcəkdi.
Qayıqdan ilk tullanan professor oldu. Onun dalınca qayığı gənc tərk elədi. Qəssab qaça-qaça, hoppana-hoppana bir andaca yoxa çıxdı.
Sarışın qadın ən axıra qalmışdı. Yellənən qayıqdan sahilə düşməyə heç cür cəsarət etmirdi. Köməkçi əlini ona uzatmaq istədi. Amma qadın bu tər qoxulu kobud adamın əlini tutmamaq üçün sıçrayışla sahilə atıldı, qürurlu və dəbdəbəli yerişlə buradan uzaqlaşdı.
Haldun Tanerin eyniadlı hekayəsi əsasında işlənmişdir.
İcbar növ feillərdə hərəkətin obyekti ilə yanaşı, ən azı, iki subyekti olur: 1) hərəkətə yönəldən, 2) hərəkəti bilavasitə icra edən;məsələn: Qoca (I subyekt) nəvəsindən gələn məktubu (obyekt) qızına (II subyekt) oxutdu.
Bu növ feillər -dır4, -t şəkilçiləri vasitəsilə düzəlir.