Qarşılıq-birgəlik növ, feillərə -ış4 (-ş) şəkilçisi artırmaqla düzəlir.
Bu növ feillərdə hərəkət iki və ya daha çox subyekt tərəfindən qarşılıqlı şəkildə və ya birgə icra edilir.
Uşaqlar gülüşdülər. (birgə hərəkət)
Dostlar çoxdan yazışırlar. (qarşılıqlı hərəkət)
1. Həyətdə uşaqlar qaçışırdılar.
2. Ağcaqanadlar başımızın üstündə vızıldaşırdılar.
3. Onlar dost kimi görüşdülər.
4. Tərəflər səhərə kimi atışdılar.
5. Meydandakılar evlərinə dağılışdılar.
6. Qoşunlar səhərə kimi döyüşdülər.
görüş, qaçış, döyüş, gülüş
I qrup: gəzişmək, qızışmaq qarşılıq-birgəlik növ feillərdir.
II qrup: gəzişmək, qızışmaq məlum növ feillərdir.
A) atış(maq) B) civildəş(mək) C) soruş(maq)
D) ağlaş(maq)
A) barış(maq) B) yazış(maq) C) yapış(maq)
D) alış(maq)
A) mələş(mək) B) quruldaş(maq) C) güləş(mək)
D) salamlaş(maq)
A) qarış(maq) B) axış(maq) C) döyüş(mək)
D) atış(maq)