Qayıdış növ də feillərə -ıl4 və -ın4 (-n) şəkilçiləri artırmaqla düzəlir. Lakin bu növ feillərdə subyekt hərəkəti öz üzərində icra edir. Samir köynəyini gey-in-di. Onun ürəyi döy-ün-ür. Duman çək-il-di. Fidan bəzə-n-di.
Göründüyü kimi, bu növ feillərdə hərəkətin subyekti həm də obyekt olur.
Səhər aç...dı. Ağaclar yaşıl donunu gey...di. Çiçəklər yuxudan oyanıb bəzə...di. Yarpaqlar səhər şehi ilə yu...du. Gecədən ətrafı bürüyən duman da bu gözəllikdən qorxub çək...di.
A. Milli Məclisin qəbul etdiyi qanuna əsasən, Novruz rəsmi dövlət
bayramı kimi qeyd olunur.
B. Burada səhvə yol verilib.
C. Yazın gəlişi ilə əlaqədar ilin axır çərşənbə axşamı həyətlərdə tonqal
qalanır.
Ç. Bu bitki növünə ölkəmizdə nadir hallarda təsadüf edilir.
D. Meşələr və çəmənlər yaşıl rəngə boyandı.
E. Oyunçuya sonuncu dəfə xəbərdarlıq edildi.
Ə. Klassiklərimizin əsərləri bu gün də sevilə-sevilə oxunur.
F. Bu döyüşdə o, çiynindən yaralandı.
G. Uzaqdan kiçik bir kənd görünürdü.
Məchul növ feillər: A B C Ç D E Ə F G
Qayıdış növ feillər: A B C Ç D E Ə F G
Şəxssiz növ feillər: A B C Ç D E Ə F G
A) qayıdış növdədir.
B) məlum növdədir.