Syu sevincindən özünə yer tapa bilmirdi. Həkimin dedikləri həyata keçmişdi, təhlükə sovuşmuşdu. Consi artıq sağalmağa başlamışdı.
Bir neçə gündən sonra Syu Consini qucaqlayıb dedi:
– Sənə bir söz deməliyəm, Consi. Mister Berman xəstəxanada sətəlcəmdən vəfat etdi. Bir gün əvvəl qapıçı bədbəxt qocanı öz otağında döşəmənin üstündə uzanmış vəziyyətdə tapıb. Paltarları yamyaş imiş. Heç kim onun belə dəhşətli bir gecədə hara çıxdığını anlaya bilməyib. Yanında fənər, nərdivan, fırça və palitra varmış... Pəncərəyə bax, sarmaşığın sonuncu yarpağına nəzər sal, əzizim. Güclü küləyin onu yerindən tərpədib qopara bilməməsi səni təəccübləndirmirmi? Bəli, əzizim, Bermanın şah əsəri budur! Onu sonuncu yarpağın düşdüyü həmin gecə yaradıb!
O.Henri
Lüğətdən istifadə edərək “studiya” və “pnevmoniya” sözlərinin mənasını aydınlaşdırın.
Sizcə, Syu Bermanın çəkdiyi yarpağı niyə onun “şah əsəri” hesab edir?
Mətndə göy rənglə verilmiş hansı cümlədə hərəkətin obyekti mübtəda rolundadır, subyekt isə məlum deyil?
Məlum növ feillərdə hərəkəti icra edən qrammatik cəhətdən məlum olur: Xaliq bağçaya gedir. Qarabağı işğaldan azad etdik.
Məlum növdən fərqli olaraq məchul növ feillər olan cümlədə subyekt məlum olmur. Məchul növ müxtəlif feillərə -ıl4 və -ın4 (-n) şəkilçiləri artırmaqla düzəlir: Torpaq şumla-n-dı. Toxum səp-il-di.
Bu cümlələrdə obyekt mübtəda rolunda çıxış edir.
Bu şəkilçilərlə düzələn bəzi feillərin xəbər vəzifəsində işləndiyi cümlənin mübtədası olmur. Belə feillərə şəxssiz növ feillər deyilir: Bizdə qonağa hörmət edilir. Orkestrdə bu alətdən istifadə olunmur.
Gözəl bir yerdə alaçıqlar quruldu. Qoyunlar kəsildi, şadyanalıq edildi. Bayandır xan dedi:
– Oğlu olanı ağ çadırda, qızı olanı qızıl çadırda, övladı olmayanı isə qara çadırda oturdun.