redaktə etmək – hər hansı bir mətni yoxlamaq və düzəltmək, sonuncu dəfə işləyərək çapa hazırlamaq.
redaktor [lat.] – hər hansı bir kitabı, qəzeti, jurnalı və s.-ni redaktə edən adam, nəşriyyat, redaksiya mütəxəssisi.
risalə is. [ər.] – hər hansı bir məsələyə dair kiçik kitab; kitabça.
sent is. [lat.] - bir sıra ölkələrdə istifadə olunan xırda pul vahidi.
sentimentallıq is. – həddindən artıq nazikürəklilik, həssaslıq.
senzor is. [lat.] – mətbuat üzərində nəzarəti həyata keçirən vəzifəli şəxs.
senzura is. [lat.] – çap məhsulları (qəzet, kitab, jurnal və s.), teleradio verilişləri, kino, teatr və s. üzərində dövlət nəzarəti sistemi.
sənaye is. [ər.] – 1) yeraltı sərvətləri çıxaran və xammalı emal edən müəssisələri birləşdirən xalq təsərrüfatı sahəsi; 2) maşın texnikası tətbiq edən fabrik-zavod müəssisəsi.
sənə is. [ər.] – il.
strategiya [yun.] – 1) hərb sənəti; hərbi əməliyyat, müharibə hazırlama və aparma bacarığı, sərkərdəlik məharəti haqqında elm; 2) məc. ictimai-siyasi fəaliyyətdə bir işi planlaşdırmaq, qurmaq və ona rəhbərlik etmək məharəti.
studiya is. [ital.] – 1) rəssam və ya heykəltəraş emalatxanası; 2) kinofilmlər istehsal edən müəssisə; 3) televiziya və radio verilişlərini aparmaq üçün xüsusi təchiz olunmuş bina, otaq, yer.
süslənmək f. – bəzənmək, özünə zinət vurmaq, yaraşıq vermək.
şaman is. – ruhlara, magiyaya inanan xalqlarda (əsasən, şimal xalqlarında): sehrbaz, ovsunçu, cadugər (şamanlar oxumaqla, dəf çalıb-oynamaqla özlərini cuşa gətirərək, guya ruhlarla münasibətə girərək adamların xəstəliklərini sağaltdıqlarına, onlara uğurlu ov təmin etdiklərinə və s.-yə inanırdılar).
şöngümək f. – çömbəlmək.
şrift is. [alm.] – müxtəlif ölçü və biçimdə olan mətbəə hərfləri.
taktika [yun.] – 1) döyüşü aparmaq sənəti; hərb sənətinin tərkib hissəsi; 2) bu və ya digər məqsədə çatmaq yolları; ictimai və siyasi mübarizə aparmağın vasitə və üsulları.