Söz ehtiyatı
-
“Notbuk”, “yaddaş kartı”, “format”, “multimedia”, “audio”
sözlərini kontekstə görə izah edin.
Düşün və cavab ver
-
Sizcə, tədris materiallarının elektron formatda təqdimatının hansı
üstünlükləri ola bilər?
-
Kağız və elektron kitabların bir-biri ilə müqayisədə üstünlükləri
barədə daha nə deyə bilərsiniz?
Dil qaydaları
-
Altından xətt çəkilmiş cümlədə modal sözü elə dəyişin ki, oxucu
müəllimin Azərdən tam razı qaldığı qənaətinə gəlsin.
-
Göy rənglə verilmiş sözün hansı nitq hissəsi olduğunu müəyyənləşdirin və sinonimi ilə əvəz edin.
-
“Axı əşyaları da götürmək vacib idi” cümləsində ədatı aşağıda verilmiş ədatlardan hansı ilə əvəz
etsək, sual cümləsi yaranacaq?
A) məhz B) ancaq C) məgər
D) bəli
-
“Mən ona demişdim ki, hamını öz arşını ilə ölçməsin” cümləsində
“ki” bağlayıcısı “mən” əvəzliyindən sonra işlənərsə, hansı qrammatik məna dəyişikliyi yaranar?
-
Durğu işarələrini artırıb cümlələri köçürün.
1. Əgər inkişaf yoxdursa deməli durğunluq gözlənilir. (Seneka)
2. Bəli kommersiyada dostluq yoxdur.
3. Axı mən həmişə deyirdim ki bu əla ideyadır.
4. Bağışlayın vallah mən səhv etmişəm.
5. Əgər eksperiment baş tutmayıbsa deməli nəsə qaydasında deyil.
6. Kim ki öyrətməyi bacarır o da idarə edir.
Cümlələrin qrammatik əsasını göstərməklə onları quruluşca növünə görə fərqləndirin.