Nümunəyə uyğun cədvəl qurun və altından xətt çəkilmiş sözləri müvafiq xanalarda yazın.
1. Ən uzun velosipedi Belçika mühəndisləri düzəltmişlər.
2. Gözəllik gözəlliyi cəlb edər.
3. Biz bütün yayı ağaclara qulluq etdik.
4. Suya batan cisim onun bir hissəsini sıxışdırıb çıxardır.
Hərəkəti (işi) icra edən | Üzərində hərəkət (iş) icra olunan |
10. Uyğunluğu müəyyən edin.
A. Bu məktub iki il bundan əvvəl yazılıb.
B. Biz üç ildir ki, Elxanla yazışırıq.
C. Yazıda xətaya yol verilib.
D. Əsgərlər irəli atıldılar.
E. Bu gün müəllim bizə imla yazdırdı.
A B C D E
A B C D E
A B C D E
A B C D E
A B C D E
Sözləri cümlələrdə işlədib dəftərinizə köçürün. Eyni hərəkətdə subyektin dəyişməsinə səbəb olan morfoloji əlaməti (şəkilçini) müəyyən edib altından xətt çəkin.
yazmaq, yazılmaq, yazışmaq
* Mətni oxuyun. Cümlələrin qrammatik əsasını müəyyən edin. Fərqləndirilmiş cümlələrdə hərəkətin obyektini və subyektini müəyyənləşdirin.
Məşhur ixtiraçı Edisonun həyət qapısı çox çətin açılırdı. Bunu görən bir tanışı təəccüblə alimdən soruşur:
– Sənin kimi dahi ixtiraçı bundan yaxşısını düzəldə bilmirdi? Edison cavabında deyir:
– Məncə, qapı dahiyanə düzəldilib. Məsələ burasındadır ki, o, su nasosu ilə birləşdirilib. Hər dəfə qapı açılanda çənə 20 litr su vurulur.