Məsdər | Feili sifət | Feili bağlama |
1. Çaydan keçmək üçün kiminsə gəlib körpü salacağını gözləmə.
2. Elm təkcə bilik deyil, həm də şüurdur, yəni bilikdən necə istifadə
etməyi öyrədəndir. (Klyuçevski)
3. Nə qədər ki yaşayırsan, öyrən, düşünmə ki, qocalıq gələndə sənə
kamal gətirəcək. (Solon)
1. Torpağı həvəslə şumladı, toxumu bir-bir ləklərə basdırdı.
2. Dərdini heç kimə demədi, şəhəri tərk etdi.
3. Oğlan yedi, oyuna getdi.
Çoban yedi, qoyuna getdi.
4. Oğru qalana yanar, mal sahibi gedənə yanar.
5. Ota qatsan, at yeməz,
Ətə qatsan, it yeməz.
O güldü kağıza qol çəkən zaman,
Qıydı ürəklərin hicran səsinə.
O güldü haqq üçün daim çarpışan
Bir xalqın tarixi faciəsinə.
...Qoy qalxsın ayağa ruhu Tomrisin,
Babəkin qılıncı parlasın yenə.
Onlar bu şərtlərə sözünü desin,
Zənciri kim vurdu şir biləyinə?
B.Vahabzadə