1. Qocalığa cavanlıqdan başlamaq lazımdır. (Məhəmməd Peyğəmbər)
2. Müəllim şagirdləri çağırdı və sabah ekskursiyaya gedəcəklərini xəbər verdi.
3. Qılınc yarası sağalar, söz yarası sağalmaz.
4. Qoyun, quzu dağın döşünə səpələnmişdi.
5. Çoban çomağına söykənib göy yaylaqlara tamaşa edirdi.
1. Reyhan evə tərəf boylananda Aqil arxadan səsləndi.
2. Zəng vurulanda şagirdlər dəhlizə çıxdılar.
3. Cəlal tapşırığı bitirər-bitirməz müəllim onu lövhəyə çağırdı.
4. Günəş çıxanda təbiət cana gəlir.
5. Uşaqlar mövzunu müəyyənləşdirib esse yazmağa başladılar.
1. Koroğlu uzun yol gəlmişdi, çox acmışdı və bərk də yorulmuşdu.
2. Mən axtardığımı tapmışam, şikarımı da çoxdan ovlamışam.
3. Çoban elə bircə bunu gördü, Qırat bayaq ha gözdən itdi.
4. Yaz təzəcə açılmışdı, Çənlibel gülə, nərgizə boyanmışdı.
5. Nigar necə baxdısa, Koroğlunun bağrı qana döndü.
6. Eyvaz da yaraqlandı, yasaqlandı, atı ilə dava məşqinə çıxdı.
(“Koroğlu” dastanından)