Sözlərdən istifadə etməklə cümlələri tamamlayın.
cazibə, ayin, konveyer, şaman, mühərrik
1. Müasir dövrdə istehsal prosesləri ... üsulu ilə aparılır.
2. Qədim xalqlarda dini ... zamanı əsas rolu ... oynayırdı.
3. ... sıradan çıxdığı üçün avtomobil yerindən tərpənmədi.
4. Ümumdünya ... qanununu İ.Nyuton kəşf etmişdir.
Obamızın şimal tərəfi qərbdən şərqə doğru uzanmış çılpaq qayalıq, daha sonra qalın bir meşəlik idi.
Dərə qərbə sarı getdikcə qayalıq, dağlıq, iri və oyuq daşlarla dolu yerlərdən ibarət idi. Biz oralara getməyə qorxardıq, çünki kəndlilər “ayı var” deyə bizi qorxutmuşdular. Bu qorxu ucundan dərənin qərb tərəfinə getməzdik. (A.Şaiq)
1. Oğul, mənim axtardığım yer elə buradır. 2. Özünü bircə ondan gözlə. 3. Məsləhət görürəm ki, öz yolunla düz keçib-gedəsən. 4. Əgər məclisdə belə igid varsa, qoy dursun, baxım, tanıyım, sonra da özünə layiq tərifini deyim.
1. Nə qədər vurdularsa, zalımın səsi də çıxmadı. 2. İnsan öz atasından köməklə yanaşı, dostluq da umur. (S.Sabançı) 4. Demişdim də, bu işin axırı yoxdur.
Hansı cümlədə da:
A) bağlayıcıdır
B) belə ədatının sinonimidir
C) axı ədatının sinonimidir
A) Atalar deyib ki bu günün işini sabaha qoyma.
B) Mən ki gözəl deyildim.
C) Çoban gördü ki Həsən çörəyin hamısını yeyəcək.
D) İbrahim elə bir nərə çəkdi ki quşlar da göydə qanad saxladılar.