-
Fərqləndirilmiş sözlərin cümlələrdəki mənasına görə əsas və ya köməkçi nitq hissəsi olduğunu müəyyən
edin.
-
-
Artıq tamah baş yarar. (Atalar sözü)
-
Artıq səni bürüməyə bir şeyim qalmadı, bala. (Ə.Məmmədxanlı)
-
-
Necə olub ki, belə kinli adam bu cür gözəl çıçəklər yetirə
bilib? (M.S.Ordubadi)
-
Moskvada bir kəs belə məni yad etməyəcək. (Y.Səmədoğlu)
-
-
Elə gərək bu dəyirmandan başlayasınız?
-
Elə ucaltmısan, enə bilmərəm,
Elə yandırmısan, sönə bilmərəm. (T.Bayram)
-
-
Bir qaşığı əlinə götür, gör nə dadır. (İ.Şıxlı)
-
Bir kəlmə, bircə işarə bəs deyildimi ki, bu bədbəxtlik
olmayaydı? (İ.Hüseynov)
-
-
Axı mən də kişiyəm, qoy bir fikir eləyim. (Y.V.Çəmənzəminli)
-
Götürdüklərini yerinə qoy, a bala!
-
-
Gör nə qədər qocaltdıq həsrətin mənzilini. (Ə.Kərim)
-
Şəhərə gələndə bir məni gör, sənə deyiləsi sözüm var.
-
-
Alim deyir öz-özünə: “Nə xoşbəxtəm bu gecə mən”. (N.Rəfibəyli)
-
Sən nə düşünürsən?
-
-
Zərnigar xanım düz iki il idi ki, kənd qızlarını gözdən
qoymurdu. (İ.Şıxlı)
-
Az getdi, uz getdi, dərə-təpə düz getdi.
-
Mətni oxuyun və tapşırıqları yerinə yetirin.
Nağıl edirlər ki, bir gün Ənuşirəvan şah üçün ovalıqda kabab bişirirdilər, lakin duz yox
idi. Duzdan ötrü kəndə bir adam göndərmək
lazım gəldi. Ənuşirəvan ona dedi:
- Duzu zorla deyil, pulla al ki, kənd xaraba qalmasın.
Soruşdular:
– Azacıq duzla kənd necə xaraba qalar?
Ənuşirəvan cavab verdi:
– Zülm dünyada əvvəlcə az idi, ancaq sonra hər gələn onu bir az artırdı, nəhayət, indiki həddə
gəlib çatdı. (S. Şirazi,“Gülüstan” əsəri)
- Altından xətt çəkilmiş qoşmaları sinonimləri ilə əvəz edin və
ismin halında baş vermiş dəyişikliyi izah edin.
-
-la sonluğu ilə bitən sözlərdə bu sonluğun qrammatik funksiyasını araşdırın.
-
Mətndə ancaq bağlayıcısını sinonimi ilə əvəz edin, sonra sözünü başqa cümlədə qoşma kimi işlədib yazın.