X | ||
Nəhayət, 1961-ci ildə Stiv Rassel başda olmaqla bir qrup proqramçı “Kosmik müharibə” oyununu yaratdı. Bu, məhdud yanacaq və silah ehtiyatına malik iki ulduz gəmisinin döyüşü idi. Yanacağı və silahı daha tez tükənən tərəf məğlub olurdu. “Kosmik müharibə” kommersiya tipli ilk kompüter oyunu oldu. Lakin müəlliflərinə gəlir gətirmədi. Oyunu yaradanlardan biri deyirdi: “Mənim “Kosmik müharibə”dən əldə etdiyim yeganə gəlir oyun sənayesi ilə bağlı məhkəmə proseslərində ekspert qismində iştirakıma görə aldığım qonorarlar oldu”.
Kompüter oyunları insanlarda bunca maraq doğururdularsa, bəs niyə kommersiya uğuru gətirmir, zəif yayılırdılar? Çünki 1970-ci illərin ortalarınadək kompüterlər həddən artıq böyük və olduqca baha idi. Onu yalnız varlı təşkilatlar, elmi müəssisələr və fərdi qaydada milyonçular ala bilərdilər. Məsələn, Rasselin qrupunun ixtira etdiyi oyunun yazıldığı kompüter soyuducu boyda, qiyməti isə 120 min dollardan artıqdı.
Alman əsilli Amerika alimi Ralf Bayer belə bir vəziyyətdən çıxış yolu tapdı: o, kompüter oyunu yox, videooyunların yeni tipini və onları televizorun ekranına çıxarmaq imkanı verən kiçik, ucuz qurğu ixtira etdi. 1971-ci ildə o, “Magnavox Odyssey” qoşma cihazına patent aldı.
Beləliklə, ... kommersiya tipli ilk kompüter oyunu yaratmış qrupun rəhbəridir, ... isə, həqiqətən, “kompüter və video oyunları kralı”dır. Amma məhz ... tarixdə ilk kompüter oyunu yaratmış şəxsdir.
1970-ci illərin ikinci yarısında fərdi kompüterlərin istehsalına başlandıqdan sonra video və kompüter oyunları biznesi sürətlə inkişaf etməyə başladı. 1983-cü ildə dünya üzrə kompüter oyunları bazarının dövriyyəsi 3,2 milyard dollar təşkil edirdi. Sonrakı 30 ildə bu rəqəm 90 milyard dollara qədər yüksəldi.
Azərbaycanda kompüter oyunları çox geniş yayılsa da, uzun illər “yerli məhsul” olmayıb. Ölkəmizdə ilk kompüter oyunu 2012-ci ilin iyununda yaradılıb.