Təəssüf ki, əl-Xarəzminin əsərlərinin az bir qismi bizə gəlib çatmışdır. 1258-ci ildə monqolların Bağdada yürüşü Hikmətlər evinin məhvi ilə nəticələndi. Deyilənə görə, Dəclə çayının suyu ona atılmış saysız-hesabsız kitabların mürəkkəbindən qara rəngə boyanmışdı.
Əl-Xarəzmi dünya elm və mədəniyyətinin görkəmli nümayəndələrindən biridir. Bu dünyadan köçəndən sonra onun qoyduğu elmi irs əsrlər boyu bəşəriyyətə xidmət edib.
Özbəkistanın Xivə şəhərində böyük alimin heykəli ucalır: dərin düşüncələrə dalmış müdrik qoca sanki yeni bir elmi traktat üzərində işləyir...
Reyhan Yusifqızı
1. Əl-Xarəzmi neçə yaşında Bağdada köçdü?
2. Bağdaddakı Hikmətlər evi neçə il fəaliyyət göstərdi?
Bəzi köməkçi nitq hissələri bir-biri ilə sinonimlik təşkil edir. Bu zaman onlar cümlə daxilində bir-birini əvəz edə bilir: Uşaqlar meşəyə tərəf (doğru, sarı) qaçdılar. Dərs qurtarmışdı, amma (ancaq, lakin) o, evə getməyə tələsmirdi.
Sızlayır əhvalıma sübhə qədər tarım mənim,
Təkcə tarımdır qara günlərdə dildarım mənim. (Şəhriyar)