1903-cü ildə o, “Ford motor” adlı şirkət təsis etdi. Ford ilk dəfə olaraq avtomobillərin düzəldilməsində konveyer üsulunu tətbiq etdi. Beləliklə, “Ford” avtomobilinin kütləvi istehsalına başlanıldı. Ford öz zavodunda hər gün 1000 ədəd avtomobilin yığılmasına nail oldu.
Bir neçə ildən sonra Bakı yollarında görünən ilk avtomobil də “Ford” oldu. Onu şəhərə neft milyonçusu Hacı Zeynalabdin Tağıyev gətizdirmişdi.
Rafiq Ələkbəroğlu
Köməkçi nitq hissələri bir-biri ilə də omonimlik təşkil edə bilər. Onları fərqləndirmək üçün sözün cümlədəki funksiyasına diqqət yetirmək lazımdır.
Bu işi ancaq (ədat: mənanı qüvvətləndirir) sən həll edə bilərsən.
Bu işi sən yerinə yetir, ancaq (bağlayıcı: cümlə üzvlərini bağlayır) diqqətli ol.
Fərqləndirilmiş sözlərin mətndəki yerinə görə bağlayıcı və ya ədat olduğunu müəyyən edin.
Qoyma öz qanına boyana ceyran,
Nə gözəl yaraşır Muğana ceyran. (S.Vurğun)
Hələ sən çox gəncsən, nə müharibələr görmüsən, nə də
qalalar
fəth etmisən. (M.S.Ordubadi)
Yəni bu tanıdığımız xanların hamısının dədə-babaları xan olmuşdur? (Y.V.Çəmənzəminli)
Həqiqətdən uzaq insanda, yəni beyni qapalı, kar, kor insanda kin,
ədavət hissi güclü olur. (İ.Hüseynov)